Bayden bu ikili oyuna son qoymalıdır - Senator
    • 30-03-2024, 16:56
    • 209

Bayden bu ikili oyuna son qoymalıdır - Senator


Müstəqil ABŞ senatoru Bernie Sanders Prezident Co Bayden administrasiyasının ictimaiyyətə açıqlamadan İsrailə silah satışını təsdiq etməsinə reaksiya verib.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, Sanders bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

"ABŞ bir tərəfdən Netanyahuya dinc əhalini bombalamamaq üçün yalvarır, digər tərəfdən şəhərləri yerlə-yeksan edən minlərlə bomanı onlara göndərir. Birləşmiş Ştatlar bu ikili oyuna son qoymalıdır".

Senator bu vəziyyətin çox iyrənc olduğunu ifadə edərək, İsrailə bundan sonra bomba verilməməsini qeyd edib.