Tokayev baş naziri danladı, xalqdan üzr istədi
    • 31-03-2024, 17:15
    • 323

Tokayev baş naziri danladı, xalqdan üzr istədi


Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev daşqınlar zamanı tədbir görmədiklərinə görə məmurları danlayıb.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Baş nazir Roman Sklyar, su ehtiyatları və irriqasiya naziri Nurjan Nurjigitov, Aktübinsk, Kostanay və Qərbi Qazaxıstan, Atırau, Akmolinsk, Almatı və Pavlodar vilayətlərinin rəhbərləri prezident tərəfindən tənbeh olunublar.

“Prezident bildirib ki, hökumətlə yerli icra hakimiyyəti orqanları arasında koordinasiya yoxdur. Prezident zərər çəkmiş rayonların sakinlərinin şəxsi əmlakının külli miqdarda itkisindən təəssüfləndiyini bildirib. O, üzr istəyib və bütün zərərçəkənlərə maddi yardım göstəriləcəyini əminliklə bildirib”, - məlumatda qeyd olunub.