Sahildə 8 nəfərin cəsədi tapıldı
    • 1-04-2024, 21:45
    • 201

Sahildə 8 nəfərin cəsədi tapıldı

Ölkələrindəki həyat şəraitindən narahat olan və daha yaxşı şəraitdə yaşayacaqlarına inandıqları ölkələrə getmək istəyən mühacirlər kiçik gəmilərlə uzun və təhlükəli dəniz səyahətlərinə çıxmağa davam edirlər.

News24.az xəbər verir ki, bu təhlükəli səfərlərdə həyatını itirən mühacirlərin siyahısına yeni immiqrantlar əlavə edilir.

ABŞ-a qeyri-qanuni yollarla daxil olmaq istəyən mühacirləri daşıyan qayığın Meksika sahillərində batması nəticəsində itən 7-si qadın 8 çinli mühacirin cansız cəsədləri Oaxaka əyalətinin San Fransisko del Mar qəsəbəsində sahildə tapılıb. 

Oaxaca Prokurorluğundan verilən açıqlamada, mühacirləri daşıyan qayığın Qvatemala sərhədinə yaxın Chiapas əyalətinin Tapachula şəhərindən yola düşdüyü bildirilib.

Açıqlamada 1 Çin vətəndaşının sağ-salamat xilas edildiyi bildirilib.

Prokurorluq hadisə ilə bağlı istintaq başladıldığını və şəxsiyyətin müəyyənləşdirilməsi mərhələsində Çin səfirliyi ilə birlikdə işlədiklərini bildirib.

Günel Məlikzadə