Ukrayna Rusiya ilə müharibənin kritik anındadır - Blinek
    • 2-04-2024, 18:55
    • 109

Ukrayna Rusiya ilə müharibənin kritik anındadır - Blinek

Ukrayna Rusiya ilə müharibəsində kritik döngədədir və təcili olaraq əlavə Qərb dəstəyinə ehtiyac duyur.

News24.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Antoni Blinken deyib.

 “Ukraynalılara özlərini müdafiə etmək üçün lazım olan hər şeyi vermək, xüsusilə də sursat və hava hücumundan müdafiə sistemləri tamamilə vacibdir. Bu, Prezident Co Baydenin ABŞ Konqresinə göndərdiyi əlavə büdcə tələbinin ən qısa zamanda həyata keçirilməsinin başqa bir səbəbidir",- deyə Blinken qeyd edib.

Bundan əvvəl Blinken və Fransanın müdafiə naziri Sebastien Lecornu silah istehsalçısı “Nexter”in Sezar haubitsa silahlarını istehsal etdiyi zavoda baş çəkiblər.

Mehriban Mirzəzadə