Prezident Ərdoğan vətəndaşlarla söhbət edib - FOTO - VİDEO
    • 3-04-2024, 12:03
    • 105

Prezident Ərdoğan vətəndaşlarla söhbət edib - FOTO - VİDEO

Prezident Ərdoğan TBMM-də millət vəkilləri ilə təşkil olunan iftar proqramından sonra kafeyə baş çəkib.

News24.az xəbər verir ki, burada Ərdoğana bir vətəndaş  “Mənim prezidentim”, “kişisən, kişi” deyə səsləndi.  Onun sözləri gülüşə səbəb olub.

Ad gününü qeyd etmək üçün bir araya gələn gənclərlə söhbət edən Ərdoğan ad günü qeyd olunan şəxsi təbrik edib.

Kafedə qohumu vasitəsilə Hataylı vətəndaşla telefonla danışan Ərdoğan proses zamanı ilk ziyarət edəcəyi yerlərdən birinin Hatay olacağını bildirib.

Prezident Ərdoğan digər vətəndaşların yaxınları ilə də görüntülü danışaraq söhbət edib. Onları Qədr gecəsi və Fitr bayramı münasibətilə təbrik edib.

Kafe işçiləri ilə söhbət edən, vətəndaşlarla bir-bir şəkil çəkdirən Ərdoğan körpələri də qucağına alaraq sevib.

Qeyd edək ki, Prezident Ərdoğanı AK Partiya sədr müavini Çiğdem Karaaslan, Prezident Aparatının Kommunikasiyalar Direktoru Fahrettin Altun və AK Partiya Ankara Millət vəkili Asuman Ərdoğan müşayiət edib.

Günel Məlikzadə