Pensiya və təqaüdlər artırılacaq - ŞAD XƏBƏR
    • 4-04-2024, 13:32
    • 385

Pensiya və təqaüdlər artırılacaq - ŞAD XƏBƏR

May və iyun ayında büdcəyə yenidən baxılması nəzərdə tutulur. Büdcəyə yenidən baxılarsa, sosial xərclərin artırılması mümkündür. 

Bu sözləri News24.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, əgər büdcədəki sosial xərclər artacaqsa, bu maaşların və təqaüdlərin artımına da müsbət təsir göstərəcək:

“Sadəcə indidən bunun neçə faiz olacağını söyləmək çətindir. Çünki hər şey may-iyun aylarında büdcə gəlirlərindəki artımdan asılı olacaq. Əgər büdcədə nəzərdə tutulandan daha çox artım olacaqsa, sosial yönümlü fərqləri artırmaq mümkün olacaq”,- deyə o bildirib.

Mehriban Mirzəzadə