Putin dəhşətli terror aktından danışdı: Onların məqsədi...
    • 4-04-2024, 16:40
    • 149

Putin dəhşətli terror aktından danışdı: Onların məqsədi...

“Krokus”da terror aktını sifariş edənlər Rusiyanın birliyinə xələl gətirmək istəyiblər, başqa məqsədlər görünmür”.

News24.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Rusiya prezidenti bildirib ki, ölkə öz maraqlarını silahlı vasitələrlə - xalqı, gələcəyi, suverenliyi ilə müdafiə etməyə məcburdur:

“Burada artıq söz yoxdur. Ümumi uğurumuzun ən mühüm şərti Rusiyanın çoxmillətli cəmiyyətinin birliyidir. İstintaqın verdiyi məlumata əsasən, Moskvada qanlı, dəhşətli terror aktını sifariş edənlərin əsas məqsədinin məhz Rusiyanın birliyinə xələl gətirmək olduğuna inanmaq üçün bütün əsaslarımız var”.

Putinin sözlərinə görə, terror aktını sifariş edənlərin başqa məqsədləri olmayıb.

“Rusiya İslam fundamentalistlərinin terror hücumlarının hədəfi ola bilməz” deyə prezident Rusiyanın “xarici arenada” davranışına diqqət çəkib.