Nazir Mövlud Çavuşoğlu ilə görüşdü - FOTO
    • 4-04-2024, 18:55
    • 183

Nazir Mövlud Çavuşoğlu ilə görüşdü - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri "X" platformasında bildirib.

"Bu gün Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, qardaşım Mövlud Çavuşoğlu ilə faydalı görüşümüz baş tutdu.

Müttəfiqlik münasibətlərimizin möhkəmləndirilməsi, çoxtərəfli əməkdaşlıq, postmünaqişə dövründə regional vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi apardıq", - Ceyhun Bayramov vurğulayıb.