Real "La Casa de Papel" yaşandı: 30 milyon dollar yoxa çıxdı
    • 5-04-2024, 21:00
    • 267

Real "La Casa de Papel" yaşandı: 30 milyon dollar yoxa çıxdı

ABŞ polisini şoka salan hadisədə oğrular mühafizə şirkətinin binasından 30 milyon dollar nağd pul oğurlayaraq arxalarında iz buraxmadan qaçıblar.

News24.az xəbər verir ki, ötən bazar günü Los-Ancelesdə baş verən hadisədə mühafizə şirkətinin pul anbarı kimi istifadə edilən binadakı seyfdəki bütün pullar oğurlanıb. Səlahiyyətlilər hadisənin Los-Anceles tarixində ən böyük pul oğurluqlarından biri olduğunu bildirdi.

Təhlükəsizlik qüvvələri tərəfindən verilən açıqlamada seyfin yerləşdiyi əraziyə məcburi daxil olmasına dair heç bir dəlil olmadığı qeyd edilib. O da bildirilib ki, oğruların binaya necə girdiyi hələ də aydın deyil. Vurğulanıb ki, quldurlar heç bir mühafizə və siqnalizasiya sisteminə yaxalanmayıb. Polisin bildirdiyinə görə, şirkətdə çox az adam seyfin yeri və orada gizlədilən nağd pulun miqdarı barədə məlumatlara malikdir.

Səlahiyyətlilər oğruların binanın damından girərək seyfin yerləşdiyi əraziyə çata bilməsi ehtimalını nəzərdən keçirirlər. 

Qəribəsi odur ki, bazar ertəsi məmurlar seyfi açanda pulun oğurlandığı biliblər.

Təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə, oğruların şəxsiyyəti hələ müəyyən edilməyib və onların harada olması hələ də araşdırılır. Bundan əlavə, FTB-nin də axtarış səylərini dəstəklədiyi bildirilir. Baş verənlər yaddaşlara məşhur “La Casa de Papel” serialını gətirdi. 

Günel Məlikzadə