Sərxan Kərəmoğludan QALMAQALLI İSMARIŞ
    • 5-04-2024, 22:22
    • 120

Sərxan Kərəmoğludan QALMAQALLI İSMARIŞ

“Heç kimlə işim yoxdur. Baxıram ki, işim olası adam qalıb qıraqda, bəzi itlər öz-özünə hürür”.

News24.az Yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri tanınmış şoumen və müğənni Sərxan Kərəmoğlu sosial şəbəkə hesabındakı paylaşımında vurğulayıb.

Rusiyada yaşıyan və fəaliyyət göstərən Kərəmoğlu ad çəkmədən ona pislik edən insanlara səslənib.

“Cahil, savadsız ortamda olmaq üçün şəxsiyyətlərini itirən it sürüsü. Siz zatən var ikən yoxsunuz. Mənim düşmənçiliyim də mərd, düşmənim də mərddir. Amma siz yalan üzərində həyat sürdürən kafirlərsiz. Sizlərə baxıb ruhlanır, özümlə qürur hissi keçirirəm. Allah bütün qürbətdəkiləri qorusun”.

Bir çox sənət dostları onun müdafiəsinə qalxıb. Yazılan şərhlərə cavab verən şoumen bu sözləri yalançı, saxta “dostlarına” ünvanladığını bildirib: “Gərək oturub-durduğu adamlara diqqət edəsən, yoxsa arxada it kimi hürürlər min sifətlilər”.