Moskvaya hücum edənlər: “Seyfullah bizə dedi ki, Kiyevə get, pulunu al”
    • 8-04-2024, 21:56
    • 147

Moskvaya hücum edənlər: “Seyfullah bizə dedi ki, Kiyevə get, pulunu al”

Rusiya hökumətinin Moskvada 144 nəfərin həyatını itirdiyi qətliamla bağlı araşdırması davam edir.

News24.az xəbər verir ki, Rusiya kəşfiyyatı hücumu həyata keçirən 4 terrorçunun sorğu-sual görüntülərini dərc edib.

Hücum edənlərdən Şəmsidin Fəriduni əmri Seyfullah adlı şəxsdən aldıqlarını bildirib. Fəriduni bildirib ki, hadisədən sonra həmin şəxs onlara Kiyevə getməyi tapşırıb.

Fəriduni belə izah etdi: “Seyfullah bizə səsli mesaj göndərdi və soruşdu ki, hara gedirsən? Bizə dedi ki, Kiyevə tərəf gedin, maşınınızı qoyub mənə zəng edin. Sizə daha çox kömək edəcəm”.

Digər cinayətkar isə hücumu həyata keçirən hər bir şəxsə vəd edilən puldan danışıb və deyib: 

"Hər birimizə 10 min avro veriləcəyini gözlədik, sonra çətin olacağını anladıq. Seyfullah bizə köməklik göstəriləcəyini dedi”.

Qeyd edək ki, ölkədə son 20 ilin ən böyük hücumuna görə məsuliyyəti DEAŞ terror təşkilatı öz üzərinə götürüb.

Moskva hücumun arxasında Ukrayna və Qərbin dayandığını iddia edir.

Kiyev administrasiyası isə bu iddiaları rədd edir.

Günel Məlikzadə