Zəhər alverçilərinə qarşı əməliyyat: 11 nəfər həbs edildi
    • 11-04-2024, 10:40
    • 184

Zəhər alverçilərinə qarşı əməliyyat: 11 nəfər həbs edildi

Türkiyə Narkotik Cinayətlərlə Mübarizə Şöbə Müdirliyi tərəfindən "Narkotik Maddələrin Qaçaqçılığı"nın qarşısının alınması məqsədilə həyata keçirilən 5 fərqli əməliyyatda; 23 min 210 sintetik əczaçılıq maddəsi, 20,53 qram metamfetamin və 1,16 qram marixuana müsadirə edilib.

News24.az xəbər verir ki, keçirilən əməliyyat tədbirləri zamanı cinayət tərkibi də daxil olmaqla 13 şübhəli şəxs barəsində cinayət işi açılıb, məhkəmə orqanlarına təhvil verilmiş 11 şübhəli şəxs tutularaq istintaq təcridxanasına təhvil verilib.

İl Polis Şöbəsindən verilən açıqlamada, "Ölkəmizin gələcəyinin təminatı olan gənclərimizi zəhərləmək niyyətində olan şəxs və təşkilatlarla mübarizəmiz fasiləsiz olaraq davam etdiriləcək" ifadəsi işlədilib.

Günel Məlikzadə