![Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı](/uploads/posts/2024-04/939d027beda8fc183edab1624bc0251e.webp)
-
- 12-04-2024, 10:36
- 182
Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin ilk rübündə əlilliyi olan şəxslərə 28,9 min reabilitasiya vasitəsi verilib.
Nazirlikdən News24.az-a verilən xəbərə görə, onlardan 2,8 mini təkərli oturacaq, 563-ü aşağı və yuxarı ətraf protezi, 698-i qoltuqaltı və dirsəkaltı ağac, 688-i eşitmə aparatı olub.
Həmçinin əlilliyi olan şəxslərə 769 cüt protez ayaqqabı, 1351 cüt ortopedik ayaqqabı, 23 korset və s. reabilitasiya vasitələri təqdim olunub.
Yanvar-mart aylarında ümumilikdə 4,3 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.