Antalyada kanat kabinəsi parçalandı - FOTOlar - VİDEO
    • 13-04-2024, 09:49
    • 328

Antalyada kanat kabinəsi parçalandı - FOTOlar - VİDEO

Ramazan bayramı ilə əlaqədar sıxlıq olan Tünektəpə Teleferik Müəssisəsində dirəklərdən biri naməlum səbəbdən qırılıb. Aşan dirəyə dəyərək parçalanan kabinədəki 8 nəfər qayalıq əraziyə düşüb.

News24.az xəbər verir ki, ətrafdakıların xəbəri ilə əraziyə yanğınsöndürmə, polis, tibb və xilasetmə işçiləri göndərilib.

Bölgəyə gələn qruplar Memiş Gümüşün (54) həyatını itirdiyini, Özlem Şahin, Kaan Akgün, Fatih Gümüş, Keziban Çapar Gümüş, Lütfullah Kərim Gümüş, Herdem Eyüpoğlu və Qırğızıstan əsilli Akmaral Abdyldaevanın yaralandığını müəyyən ediblər.

Yaralıların təxliyyəsi Sahil Mühafizəsi Komandanlığının helikopteri ilə həyata keçirilib.

Bu arada, qəzadan sonra teleferik sisteminin dayanması səbəbindən çox sayda insan hava kabinlərində sıxışıb qalıb.

Qapalı qalan insanların sağ-salamat yerə endirilməsi üçün səylər göstərilib və ətraf əyalətlərdəki xilasetmə qruplarından dəstək istənilib.

Gecə uçuş qabiliyyətinə malik jandarma helikopteri bölgəyə çatıb və xilasetmə işlərinə qatılıb.

Xilasetmə işlərinin vasvasılıqla aparıldığını ifadə edən Yerlikaya:

"Asılı vəziyyətdə olan 15 kabinədəki 98 nəfər müvəffəqiyyətlə təxliyyə edilib. AFAD, jandarma, polis və əsgərlər, UMKE, QHT və yanğınsöndürmə briqadasından ibarət 543 axtarış-xilasetmə personalı, o cümlədən 7 helikopter, 1 hərbi yük təyyarəsi, 108 maşın və 6 təcili yardım və pilotsuz təyyarələr bölgəyə təyin edilib”.

Günel Məlikzadə