![Azərbaycan klubu bu legionerini də yola saldı – SON DƏQİQƏ](/uploads/posts/2024-04/16805932803935618624_1200x630.webp)
-
- 13-04-2024, 21:28
- 360
Azərbaycan klubu bu legionerini də yola saldı – SON DƏQİQƏ
Premyer Liqanı tərk edəcəyi şübhə doğurmayan “Qəbələ”də növbəti ayrılıq yaşanıb.
Tarixinin ən pis mövsümünü keçirən “qırmızı-qaralar” Gilad Abramovdan sonra daha bir legionerlə vidalaşıb.
24 yaşlı yarımmüdafiəçi martda yola salınmışdısa, onun israilli həmyerlisi Abu-Akal Ferasın qismətində indi getmək varmış...
2022-2023-cü illər mövsümündən komandanın formasını geyinən 27 legioner peşəkar karyerasına “Hapoel İroni”də başlayıb.
O, 2019-cu ilin yayında “Aşdod”a keçib. Növbəti 3 mövsümdə burada çıxış edən yarımmüdafiəçi İsrail çempionatının yüksək liqasında 82 oyunda şans qazanıb.