Ronaldonu məhkəməyə çağırdılar
    • 14-04-2024, 17:31
    • 320

Ronaldonu məhkəməyə çağırdılar


“Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo qardaşı Huqo Dinarte Santos Aveiro ilə bağlı vəziyyətə aydınlıq gətirmək üçün şahid qismində məhkəmə iclasına çağırıla bilər.

News24.az publika.az-a istinadla xəbər verir ki, bu barədə “Corriere Torino” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Ronaldonun qardaşına qarşı dələduzluq faktı ilə bağlı iş açılıb. Proses iş adamı Rocco Valenti ilə Ronaldonun qardaşının nümayəndəsi olduğu “Mussara Gestao de Espacos e Eventos LDA” şirkəti arasında 2019-cu ildə bağlanmış müqavilənin nəticələri ilə bağlıdır.

Sahibkar CR7Museu loqosu olan köynəklərin istehsalı və satışı hüququnu əldə etmək üçün 650 min avro ödəməli olduğu müqavilə imzalayıb. Qısa müddətdə 13 min ədəd məhsul istehsal edilib. Bununla belə, “Adidas” bu köynəklərin dizaynının müqavilə əsasında istehsal olunanlara çox oxşar olduğunu fərq edib. Bundan sonra Valentinin istehsal etdiyi köynəklər vasitəçiyə satılmağa başlayıb. Onlar təkrar emal edilməli idi, lakin məlum olub ki, Ronaldo Muzeyində satılıb.

Köynəklərin dizaynını Ronaldonun qardaşının bəyəndiyi bildirilir.

Qeyd edək ki, Ronaldo mayın 31-də məhkəmədə iştirak etməlidir.