![Evlilik ildönümlərini ağ-qara foto ilə qeyd etdilər](/uploads/posts/2024-04/1714424174_default.webp)
-
- 30-04-2024, 08:00
- 222
Evlilik ildönümlərini ağ-qara foto ilə qeyd etdilər
Şahzadə Uilyam və şahzadə Keyt Middltonun evliliyinin 13-cü ildönümü münasibətilə Kensinqton sarayının sosial media hesabında paylaşım edilib.
News24.az "Unikal"a istinadla xəbər verir ki, paylaşımda Uilyam və Keytin toy günündən indiyə qədər görülməmiş foto yer alıb.
Fotonun ağ-qara fonda verilməsi Keytin xərçəng xəstəliyi ilə əlaqədar kral ailəsinin keçirdiyi çətin dövrlə əlaqələndirilir.
Qeyd edək ki, Keytlə Uilyam 2011-ci ilin aprelində Vestminsterdə keçirilən toy mərasimi ilə ailə qurublar.