-
- 15-05-2024, 09:36
- 219
Estoniya Ukraynaya qoşun göndərməyi müzakirə edir
Estoniya prezidentinin təhlükəsizlik üzrə müşaviri Madis Roll siyasət, strategiya və təhlükəsizlik texnologiyaları sahəsində nəşr edən “Breaking Defence” internet portalına verdiyi açıqlamada ölkəsinin Ukraynanın qərbinə əsgər göndərilməsi məsələsini ciddi şəkildə müzakirə etdiyini bildirib.
News24.az xəbər verir ki, Madis Roll hökumətin belə bir addımı təhlil etdiyini bildirərək, "Estoniya əslində NATO missiyasının bir hissəsi olaraq bunu etməyə üstünlük verəcək. Hər ehtimalı nəzərə almalıyıq. Özümüzü edə biləcəyimiz şeylərlə məhdudlaşdırmamalıyıq" deyib.
Qeyd edək ki, Litvanın baş naziri İnqrida Simonyte də ötən həftə ölkəsinin təlim missiyası çərçivəsində Ukraynaya əsgər göndərməyə açıq olduğunu bildirib.
Belə bir addımın Rusiya tərəfindən təxribat sayılacağını etiraf edən Litvanın Baş naziri Simonyte, "Rusiyanın reaksiyasını nəzərə alsaq, Ukraynaya heç nə göndərə bilmərik. Eşidirik ki, hər dəfə kiməsə nüvə silahı ilə hücum ediləcək".
Hökumətin bu təklifi sonradan Litva parlamenti tərəfindən qəbul edilib, lakin Kiyev administrasiyası bu məsələdə indiyədək Litvadan heç bir kömək istəməyib.
Günel Məlikzadə