Dəhşətli qəzada ölən gənc tələbə imiş... - FOTO
    • Bu gün, 09:36
    • 87

Dəhşətli qəzada ölən gənc tələbə imiş... - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Nazim Hüseynovun idarə etdiyi "Neoplan" markalı, 99-JH-667 dövlət nömrə nişanlı avtobusla onun qarşısındakı eyni istiqamətdə, Bakıdan Sumqayıta gedən Adil Yunisovun idarə etdiyi 42 nömrəli, ISUZU markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusun toqquşması nəticəsində ISUZU yoldan çıxaraq aşıb. Hadisə zamanı bir nəfər ölüb, 18 nəfər yaralanıb.

News24.az Modern.aza istinadən xəbər verir ki, qəzada həyatını itirən şəxs 2006-cı il təvəllüdlü Məryəm Maqsud qızı Ağayeva olub.

O, ötən il yüksək balla Azərbaycan Texniki Universitetinə qəbul olub.

Həyatını itirən gənc orta məktəbi Sumqayıtda oxuyub