İsraildə etirazçılar hərbi bazalara soxuldular
    • Bu gün, 11:03
    • 69

İsraildə etirazçılar hərbi bazalara soxuldular

İsraildə etirazçılar fələstinli məhbusla pis rəftar etməkdə şübhəli bilinən əsgərlərin həbsinə görə Sde Teyman və Beyt Lid hərbi bazalarına basqın ediblər. 

News24.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Qeyd olunur ki, kütləvi etiraz aksiyaları baş nazir Benyamin Netanyahunun koalisiyasının sağçı üzvləri tərəfindən təhrik edilib və Likud partiyasından olan Knessetin (parlament) bəzi üzvləri digər etirazçılarla birlikdə hərbi bazalara daxil olublar.

Baş nazir Netanyahu, həmçinin İsrail Silahlı Qüvvələrinin komandanı Herzi Halevi, müdafiə naziri Yoav Qallant və prezident İsaak Herzoq iğtişaşları tənqid edərək, onu qanunsuz və anarxiya ilə sərhəd adlandırıb və israilliləri sakit olmağa çağırıb. Halevi şəxsən Beyt Lid bazasına gəlib və orada vəziyyəti qiymətləndirib.

Etirazçılar dağıdılıb, həbslər və xəsarət alanlar barədə məlumat yoxdur.


Məryəm İlhamqızı