İki dostun dəhşətli sonu
    • 20-05-2024, 22:10
    • 187

İki dostun dəhşətli sonu

Tekirdağda yaşayan Fatih Kırcı və Murat Beycan 2 gün əvvəl qayıq inşa ediblər.

News24.az xəbər verir ki, iki dost qayığın qalan son işlərinin ardınca gediblər, sonra isə tamamlanmaq üzrə olan gəmilərində gecəliyiblər.

İki dost tərsanədəki qayığda isinmək üçün qalayda kömürlə ocaq yandırıblar.

Kırcı və Beycan otağın qapısını bağlayıb və bir müddət sonra yuxuya gediblər.

Səhər qayıq emalatxanasındakı ustalardan biri otağıa girəndə Kırcı və Beycanı hərəkətsiz vəziyyətdə görüb. 

Həkimlər qrupu tərəfindən aparılan müayinədə Faiq Kırcı və Murat Beycanın dəm qazından zəhərlənərək həyatını itirdiyi müəyyən edilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Günel Məlikzadə