Yataqxana yandı, 6 nəfər öldü
    • 23-05-2024, 12:48
    • 177

Yataqxana yandı, 6 nəfər öldü

Moskva yaxınlığındakı Padikovo kəndində yerləşən yataqxanada dəhşətli yanğın baş verib. Nəticədə 6 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

News24.az Medianews.az-a istinad edərək xəbər verir ki, hadisə bu gün səhər saat dörd radələrində baş verib.

Xilasedicilər əvvəlcə fərdi yaşayış evinin yandığını güman etsə də, sonradan məlum olub ki, bina yataqxana kimi icarəyə verilib. Yanğın başlayanda insanlar yatmışdır.

Yanğının ümumi sahəsi 80 kvadratmetr olub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsi zamanı 6 nəfərin meyitini aşkar ediblər.

Məlumata görə, yerli sakinlər yataqxana ilə bağlı Fövqəladə Hallar Nazirliyi, prokurorluq, vergi və digər strukturlara şikayətlər göndərmişdirlər. Bir neçə dəfə yoxlamalar aparılıb.

Yataqxana bir neçə dəfə, məhz nəzarət tədbirləri planlaşdırılan zaman bağlanıb və sonra yenidən açılıb.