Daha bir ölkənin prezidenti qəzaya düşdü - VİDEO
    • 24-05-2024, 22:19
    • 260

Daha bir ölkənin prezidenti qəzaya düşdü - VİDEO

Çexiya Prezidenti Pyotr Pavel idarə etdiyi motosikletlə qəzaya uğrayıb.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Çexiya mətbuatı məlumat yayıb.

Məlumata görə, idman meydançalarının birində baş verən qəza zamanı Pavel qabırğasını sındırıb və bir neçə gün hərbi hospitalda müalicə alacaq.

Qeyd edək ki, 62 yaşlı prezident motosiklet idman növünün həvəskarıdır.