Beyləqanda fəhlə intihar etdi
    • 27-05-2024, 10:00
    • 196

Beyləqanda fəhlə intihar etdi

Beyləqanda intihar hadisəsi baş verib. 

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə rayonun Birinci Şahsevən kəndində qeydə alınıb. 

Orada yaşayan, 1973-cü il təvəllüdlü Abışov Vüqar Yədulla oğlu yaşadığı evin həyətində özünü asıb. 

Onun asılmış meyitini ailə üzvləri aşkar edib. 

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, V. Abışov rayondakı şirkətlərin birində fəhlə işləyirmiş.