Salam Sarvan ağır müalicəyə başlayır
    • 27-05-2024, 14:58
    • 245

Salam Sarvan ağır müalicəyə başlayır

Bir müddətdir ki, səhhətində ciddi problemlər yaranan şair Salam Sarvan keçirdiyi ağır əməliyatdan sonra bu gün xəstəxanadan evə buraxılıb.

News24.az bildirir ki, bu barədə Bakupost.az -a şair özü bildirib.

O qeyd edib ki, bundan sonra da müalicələrini davam edəcək:

“Bu gün xəstəxandan evə buraxıldım. Əslində səhhətimlə əlaqədar dörd dəfə cərrahi müdaxilə olunub. Üçü laparoskopik əməliyyat idi. Əsas 4-cü əməliiay idi. 11 saat çəkən əməliyyat oldu. Həkimlər deyir ki, yaralar sağalsın, bir az bərpa olun. Kəsdikləri yeri isə əkilməyə veriblər. Nəticəni aldıqdan sonra kimya müalicəsinə başlayacaqlar”.