Makrondan Ukraynaya çağırış: “Biz hər cür ssenariyə hazır olmalıyıq”
    • 27-05-2024, 16:45
    • 127

Makrondan Ukraynaya çağırış: “Biz hər cür ssenariyə hazır olmalıyıq”

“Biz Ukraynaya müqavimət göstərməyə, onu silahlandırmağa, öyrətməyə, onu hərtərəfli dəstəkləməyə və eyni zamanda beynəlxalq hüquq çərçivəsində uzunmüddətli sülhün qurulması üçün istənilən ssenariyə hazır olmalıyıq”.

News24.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

Onun sözlərinə görə, Avropanın heç vaxt indiki qədər daxili və xarici düşmənləri olmayıb

"Bizim daxildə və xaricdə heç vaxt bu qədər çox düşmənimiz olmayıb. Biz Avropamızın ölə biləcəyi ekzistensial anda yaşayırıq, mən bu barədə bir neçə həftə əvvəl danışmışdım", - Makron bildirib.

Makron onu da vurğulayıb ki, bunun əsas səbəbləri Ukraynadakı münaqişə və iqtisadiyyatın karbonsizləşdirilməsi ilə bağlı iqtisadi çətinliklərdir.

Mehriban Mirzəzadə