44 terrorçu zərərsizləşdirildi
    • 29-05-2024, 18:34
    • 168

44 terrorçu zərərsizləşdirildi

Türkiyədə terrorla mübarizə qətiyyətlə davam edir. 

News24.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin həftəlik mətbuat brifinqində verilən açıqlamada son bir həftədə 44, ilin əvvəlindən isə 1092 terrorçunun zərərsizləşdirildiyi bildirilib.

Qeyd edək ki, açıqlamada, son bir həftədə sərhədlərdə 316 nəfərin, ilin əvvəlindən bu yana 7-si terror təşkilatı üzvü olmaqla 4661 nəfərin əsir götürüldüyü, Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin hücumlarını dayandırması ilə bağlı qərarının da yer aldığı bildirilib.

Günel Məlikzadə