Olimpiakos çempion oldu
    • 30-05-2024, 08:57
    • 191

Olimpiakos çempion oldu

Afinada UEFA Avropa Konfrans Liqasının finalında “Olimpiakos” və “Fiorentina” üz-üzə gəlib.

News24.az xəbər verir ki, matçın 90 dəqiqəsi heç-heçə başa çatıb. Olimpiakos əlavə vaxtın 116-cı dəqiqəsində El Kaabinin vurduğu qolla kubokun qalibi olub.

Qeyd edək ki, daha əvvəl Türkiyədə "Hatayspor"da çıxış edən El Kaabi Avropa Konfrans Liqasında iz buraxıb.

Digər tərəfdən, Olimpiakos tarixində ilk dəfə Avropa kubokunu qazandı.

Günel Məlikzadə