Zelenski bu tarixdə Səudiyyə Ərəbistanına gedəcək
    • 30-05-2024, 17:39
    • 112

Zelenski bu tarixdə Səudiyyə Ərəbistanına gedəcək

Ukrayna prezidenti Vladimir Zelenski iyunun 1-də Səudiyyə Ərəbistanına səfər edəcək. 

News24.az xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi X sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, Ukrayna lideri İsveçrədə keçiriləcək sülh sammitindən əvvəl dəstək almağı planlaşdırır.

Qeyd edək kİ, Avropa İttifaqı bu ilin payızında Rusiyanın iştirakı ilə Ukrayna ilə bağlı Səudiyyə Ərəbistanında baş tuta biləcək sülh konfransı təşkil etmək istəyir.

Mehriban Mirzəzadə