Azərbaycanda evdə partlayış - Yaralılar var
    • 2-06-2024, 14:13
    • 166

Azərbaycanda evdə partlayış - Yaralılar var


Şəkidə fərdi yaşayış evində partlayış olub.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Baş Göynük kəndi ərazisində baş verib.

Partlayış zamanı 1946-cı il təvəllüdlü Seyidov Məhəmməd Mehralı oğlu və 1952-ci il təvəllüdlü Seyidova Güllü Həmid qızı xəsarət alıblar.

Onlar 2-ci dərəcəli texniki yanıq diaqnozu ilə Şəki rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.