“Uzaq sahillərdə”nin aktrisası vəfat etdi
    • 3-06-2024, 10:16
    • 212

“Uzaq sahillərdə”nin aktrisası vəfat etdi

Sovet teatr, kino və televiziya aktrisası Aqniya Borisovna Elekoyeva 95 yaşında dünyasını dəyişib.

News24.az xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.

Qeyd edək ki, aktrisa “Uzaq sahillərdə”, “Vətəndən uzaqlarda”, “Günorta şousuna iki bilet” kimi Azərbaycan filmlərində rol alıb. Xüsusən, “Uzaq sahillərdə” filmindəki "Anjelika" obrazı ilə yadda qalıb.

Elekoyeva aktyorluq təhsilini Ostrovski adına Leninqrad Teatr İnstitutunda alıb və Yaroslavl Volkov Teatrındakı işi ilə məşhurlaşıb. 1952-1985-ci illərdə Leninqrad Lensovet Teatrının aktrisası olub.

Günel Məlikzadə