Həmas qəbul etdi, İsrail..
    • 3-06-2024, 13:34
    • 179

Həmas qəbul etdi, İsrail..

Qəzzada atəşkəs mübahisəsi davam edir.

News24.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden daimi atəşkəs və bütün girovların azad edilməsi ilə bağlı yeni 3 mərhələli atəşkəs təklifini açıqlayıb.

Atəşkəs planına İsrail ordusunun Qəzzadan çıxarılması, humanitar yardımın artırılması və hərbi əməliyyatlara daimi son qoyulması daxildir. Atəşkəs təklifi elan edildikdən sonra bütün gözlər tərəflərin cavabına çevrilib.

Atəşkəs danışıqlarında vasitəçi ölkələrdən biri olan Misirin xarici işlər naziri Samih Şükri atəşkəs təklifi və tərəflərin cavabı ilə bağlı açıqlamalar verib.

"HƏMAS QƏBUL EDİR, NÖVBƏ İSRAİLDİR"

Şükri atəşkəs təklifinin qəbulu ilə bağlı bunları deyib: “Həmas Baydenin təqdim etdiyi təklifə müsbət yanaşdıqlarını bildiriB, indi İsraili gözləyirik”.

Şükri Misirin İsrailin Qəzzanın cənubundakı sərhəd şəhəri olan Rəfahdakı sərhəd qapısına nəzarəti ələ keçirməsini qəbul etmədiyini də bildirib.

O, sərhəd qapısında Fələstin rəhbərliyi olmadan keçidləri davam etdirməyin çox çətin olduğunu vurğulayıb.

Günel Məlikzadə