![Gülarə Dibirova vəfat etdi - FOTO](/uploads/posts/2024-06/1667364353_news_20220118094332.webp)
-
- 3-06-2024, 15:41
- 249
Gülarə Dibirova vəfat etdi - FOTO
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Biomühəndislik elmi-tədqiqat laboratoriyasının (ETL) böyük laborantı Gülarə Dibirova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Bu barədə BDU-nun mətbuat xidmətindən məlumat verilib.
Gülarə Dibirova 1 oktyabr 1956-cı ildə Balakən rayonunda anadan olub. 1975–1980-ci illərdə Azərbaycan Dillər Universitetində ali təhsil alıb. 1980–1985-ci illərdə Balakən rayon Nizami adına orta məktəbdə ingilis dili müəllimi, 1989–2021-ci illərdə BDU-nun Biotexnologiya ETL-də tərcüməçi, 2021-ci ildən indiyədək isə Biomühəndislik ETL-də böyük laborant vəzifələrində çalışıb.
![](/uploads/posts/2024-06/1717413108_445502916_773936041592401_2418509899268008283_n-1.webp)