Maradonanın "Qızıl top" mükafatı hərracdan çıxarıldı - SƏBƏB
    • 6-06-2024, 19:11
    • 230

Maradonanın "Qızıl top" mükafatı hərracdan çıxarıldı - SƏBƏB

Əfsanəvi Dieqo Maradonaya məxsus “Qızıl top” mükafatı (1986) Fransadakı “Aquttes” satış evində keçirilən hərracdan çıxarılıb.

News24.az Fanat.Az-a istinadən xəbər verir ki, buna səbəb Maradonanın ailə üzvlərinun kubokun 1989-cu ildə oğurlandığını iddia etməsi olub.

Bu yöndə araşdırma aparıldığı üçün Fransa məhkəməsi “Qızıl top”un satışını yasaqlayıb və mükafata həbs qoyub.

Hərrac sabaha planlaşdırılmşıdı. Qiyməti milyonlarla dollarla dəyərləndirilən bu mükafatın idman tarixində ən yüksək qiymətə satıla biləcəyi iddia olunur.