Keçmiş hakim evində ölü tapıldı
    • 6-06-2024, 12:40
    • 126

Keçmiş hakim evində ölü tapıldı

Taqanski Məhkəməsinin keçmiş hakiminin meyiti Moskvanın cənub-şərqində hündürmərtəbəli binanın pəncərələrinin altında tapılıb.

News24.az xəbər verir ki, bu barədə “Vesti.ru” məlumat yayıb.

İlkin məlumatlara görə, iyunun 5-də Natalya Larina 1-ci Maşinostroeniya küçəsindəki binada mənzilinin pəncərəsindən yıxılıb. Hadisənin başvermə səbəbi məlum deyil. 

Qeyd edək ki, 15 ildən artıq Moskvanın Taqanski Məhkəməsində cinayət işləri üzrə hakim işləyən Larina Nəqliyyat Nazirliyinin əməkdaşı Vladimir Makarovu qızının zorlanması işi üzrə 13 il koloniyaya göndərdikdən sonra şöhrət qazanıb. O, həmçinin 2015-ci ildə aksiyaçı rəssam Pyotr Pavlenskinin həbsi üçün order verib və serial zəhərləyicisi Murat Sabanovu həbs edib. Keçən il Larina xidmət illərinə görə təqaüdə çıxıb.

Mehriban Mirzəzadə