Könül Kərimovadan anasına:
    • 6-06-2024, 17:34
    • 397

Könül Kərimovadan anasına: "Bizi heç vaxt əzizləmədin"

Əməkdar artist Könül Kərimovanın anası Kifayət xanım qızının qonaq olduğu proqrama zəng edib. 

News24.az axşam.az-a istinadən xəbər verir ki, "Rəngarəng səhər" verilişində olan müğənni anasının onu əzizləməməsindən gileylənib.

"Bizi heç vaxt əzizləməmisən. Bizi hər zaman danlamısan. Nazımızı çəkməmisən" deyə, K.Kərimova söyləyib.

Kifayət xanım isə qızının sözlərinə kövrəlib və "Tələbkar olmuşam" sözlərini deyib