"Biz hər iki tərəfdən aydın mövqe gözləyirik"
    • 4-06-2024, 22:05
    • 186

"Biz hər iki tərəfdən aydın mövqe gözləyirik"

Qəzzada yaranmış atəşkəsin dalana dirənməsi ilə bağlı hələ də həll yolu tapılmayıb.

News24.az xəbər verir ki, ötən cümə günü ABŞ prezidenti Co Bayden daimi atəşkəs və bütün girovların azad edilməsi ilə bağlı yeni 3 mərhələli atəşkəs təklifini açıqlayıb.

Atəşkəs danışıqlarında vasitəçi ölkələrdən biri olan Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari atəşkəs təklifi və tərəflərin cavabı ilə bağlı açıqlama verib.

Sözçü, "Biz Baydenin təklifinə cavab olaraq İsrailin açıq mövqeyini gözləyirik" deyib. Razılığa gəlmək üçün hər iki tərəfin açıq mövqe nümayiş etdirməsi lazım olduğunu ifadə edib.

Qətərin Xarici İşlər sözçüsü həmçinin vurğulayıb ki, ABŞ-ın Qəzzada atəşkəs təklifi ordakı bütün insanların və israilli girovların uzunmüddətli iztirablarına dərhal son qoyulmasını tələb edir.

Bildirilib ki, ABŞ-ın təqdim etdiyi atəşkəs təklifi “daimi atəşkəs və böhrana son qoymaq” üçün yol xəritəsi təklif edir.

Günel Məlikzadə