İsrail BMT-yə qarşı sanksiyalar tətbiq edəcək
    • 12-06-2024, 13:49
    • 155

İsrail BMT-yə qarşı sanksiyalar tətbiq edəcək

İsrail Müdafiə Qüvvələri keçən həftə dünya qurumunun hesabatında münaqişə zonalarında uşaqlara zərər verənlər siyahısına salındıqdan sonra yəhudi dövlətinin hakimiyyət orqanları onun ərazisində və Fələstində fəaliyyət göstərən BMT agentliklərinə məhdudiyyətlərin qoyulmasını nəzərdən keçirir. 

News24.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail rəhbərliyinin mümkün hərəkətləri arasında BMT əməkdaşları üçün vizaların müddətinin uzadılmasından imtina, yüksək rütbəli məmurların boykot edilməsi və hələ 1948-ci ildə yaradılmış BMT-nin Atəş Nəzarəti Orqanı da daxil olmaqla ölkədəki bütün missiyaların dayandırılması var. Bundan əlavə, müzakirə olunan məhdudiyyətlər dünya təşkilatının Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatoru Thor Wenneslandın fəaliyyətinə təsir göstərə bilər.

Mehriban Mirzəzadə