Seçkilərdə bir ilk: Süni intellekt namizəd oldu
    • 14-06-2024, 12:33
    • 143

Seçkilərdə bir ilk: Süni intellekt namizəd oldu

İngiltərənin cənubundakı Brighton şəhərində siyasətə fərqli nəfəs gətirən bir sahibkar İngiltərənin ilk "AI Parlament üzvü" olmaq üçün addım atdı.

News24.az xəbər verir ki, Steve Endacott, 4 iyulda keçiriləcək ümumi seçkilərdə süni intellektin hazırladığı avatarla namizəd olacaq.

Endacott, LinkedIn-də bir yazıda namizədliyini açıqladı: "Digər partiyaların Böyük Britaniya xalqı ilə əlaqəsinin necə kəsilməsindən əsəbiləşdikdən sonra öz partiyamı qururam".

Endacott, süni intellekt avatarının seçicilərin fikirlərini və siyasətlərini hər zaman əlçatan edəcək bir platforma təmin edəcəyini bildirir.

Bildirilir ki, süni intellekt Endakottun səsindən və avatarından istifadə edərək 7/24 seçicilərin narahatlıqlarını və suallarını cavablandıracaq.

Namizədlik prosesi zamanı Endacott Smarter UK partiyası ilə əlaqəli olsa da, texniki səbəblərə görə müstəqil namizəd kimi iştirak edəcək.

Günel Məlikzadə