Kreml: Ukrayna ilə atəşkəs şərtlərimiz müddətsizdir
    • 15-06-2024, 10:15
    • 156

Kreml: Ukrayna ilə atəşkəs şərtlərimiz müddətsizdir

Peskov paytaxt Moskvada jurnalistlərin Putinin elan etdiyi Ukrayna ilə atəşkəs üçün Rusiyanın şərtləri ilə bağlı suallarını cavablandırıb.

News24.az xəbər verir ki, Ukrayna ilə atəşkəs şərtlərinin xəbərdarlıq və ya ultimatum olmadığını müdafiə edən Peskov deyib:

"Bunlar sülh təşəbbüsüdür. Burada gələcəkdə təhlükəsizlik təminatları müzakirə olunacaq. Bu, hərtərəfli, çox dərin və konstruktiv təklifdir. Təbii ki, bunun müddəti yoxdur, lakin cəbhədə vəziyyət daim dəyişir və dəyişə bilər. Gələcək Kiyev administrasiyası üçün pis mənada bu təklif hazırlanıb və Kiyevin gələcəkdə şərtlərin dəyişə biləcəyini nəzərə alması lazımdır".

Mətbuat katibi Peskov deyib ki, Putinin təkliflərini sənədləşdirməyə ehtiyac yoxdur.

Rusiya prezidenti Putin bu gün verdiyi açıqlamada Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojyadan qoşunlarını çıxarıb NATO-ya üzv olmaq istəyindən əl çəkəcəyi təqdirdə Kiyevlə danışıqlara başlaya biləcəklərini bildirib və deyib: 

“Bu gün biz əsl sülh əldə edirik. Ukraynaya yenidən təklif edirik: “Biz məsələni dondurmaq deyil, atəşkəs yaratmağı və hərbi əməliyyatları dayandırmağı təklif edirik”. 

Günel Məlikzadə