Filip Kostiçdən Serbiyaya pis xəbər
    • 18-06-2024, 17:26
    • 222

Filip Kostiçdən Serbiyaya pis xəbər

AVRO-2024 C qrupunda Serbiyanın İngiltərə ilə matçında zədələnərək oyunu tərk etməli olan Filip Kostiçin durumu açıqlanıb.

News24.az Mozzartsport-a istinadən xəbər verir ki, AVRO-2024-də Serbiya - İngiltərə matçında zədə alan Filip Kostiç turnirin qalan hissəsində oynaya bilməyəcək.

NƏ BAŞ VERİB?

İngiltərə matçında Trent Alexander Arnold ilə dubl döyüşündən sonra serbiyalı futbolçu Kostiç 43-cü dəqiqədə Filip Mladenoviçlə əvəzlənib.

Kostiç meydanı tərk edərkən göz yaşlarını saxlaya bilməyib.

Günel Məlikzadə