17 nəfər ZƏHƏRLƏNDİ
    • 20-06-2024, 11:51
    • 201

17 nəfər ZƏHƏRLƏNDİ

Bayram günlərində (15-19 iyun) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 17 nəfər qəbul edilib.

News24.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

Onun sözlərinə görə, şöbəyə qəbul edilən şəxslər dərman, ilan sancması və sirkədən zəhərlənən şəxslərdir.

R.Məmməd bildirib ki, həmin müddətdə ölüm halı qeydə alınmayıb. ("Report")