Rahibdən yemək istədi, qaşıqla öldürüldü
    • 20-06-2024, 19:40
    • 408

Rahibdən yemək istədi, qaşıqla öldürüldü

Taylandda Çumfon əyalətindən olan buddist rahib yemək paylanması ilə bağlı mübahisədən sonra məbəddə bir adamı öldürmək üçün qaşıqdan istifadə edib.

News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “The Thaiger” məlumat yayıb.

Bildirilir ki, Suppaponq adlı taylandlı iyunun 14-də yoxa çıxıb. Arvadı onun səhərlər dua etdiyi məbədə gedib və onu görüb-görmədiklərini soruşub. Ata və oğul rahiblər kişinin ora gəlmədiyini söyləyib. Ertəsi gün Suppaponq məbədin təxminən 200 metrliyindəki gölməçədə tapılıb. Artıq kişiyə kömək etmək mümkün deyildi. Onun üzündə iti metal əşya ilə vurulmuş çoxsaylı zərbə yerləri var idi.

İyunun 18-də müstəntiqlər ata və oğul rahibləri dindirməyə çağırıblar. Uzun sorğu-sualdan sonra Santri adlı kiçik ruhani etiraf edib. O, kişinin səhər tezdən məbədə gəldiyini və yemək tələb etdiyini söyləyib. Özü hələ səhər yeməyi yeməyən Santri ondan gözləməyi xahiş edib. Bu zaman Suppaponq qalmaqal yaradıb.

Rahib kişi ilə mübahisə etməyə başlayıb, sonra dava düşüb. Santri deyib ki, qəzəbləndiyi üçün polad qaşığı götürüb və ona dəfələrlə zərbə vurub.

Məlum olub ki, Santri gəncliyində avtomobil qəzasından sonra psixi zədə alıb, xüsusilə də emosiyalarına hakim olmaqda çətinlik çəkir. Hazırda rahib məhkəməni gözləyir. O bildirib ki, həbsxanadan çıxandan sonra əkinçiliklə məşğul olmaq istəyir.