Hizbullah komandiri məhv edildi
    • 28-06-2024, 08:11
    • 187

Hizbullah komandiri məhv edildi


İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Hizbullah üzvünün idarə etdiyi motosikleti vurub.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Lebanon 24” xəbər portalı məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində Suxmur kəndindən Livanın sərhəd bölgəsinə yollanan səhra komandiri Əhməd Alauddin məhv edilib. O, Livanın cənubunun şərq sektorunda müdafiəyə cavabdeh idi.