Fransa məhkəməsi Əsədin həbsinə order verdi
    • 27-06-2024, 23:30
    • 290

Fransa məhkəməsi Əsədin həbsinə order verdi

Paris Apellyasiya Məhkəməsinin yazılı açıqlamasında, Fransa Milli Terrorla Mübarizə Prokurorluğunun (Pnat) Əsədə qarşı çıxarılan həbs qərarının “Əsədin təqibdən toxunulmazlığı” səbəbiylə etibarsız sayılması tələbi ilə etdiyi ləğv ərizəsinin olduğu qeyd edilib.

News24.az xəbər verir ki, istintaq çərçivəsində bəyanatda bildirilib ki, “kimyəvi silahdan istifadənin qadağan edilməsi məcburi norma kimi beynəlxalq hüququn bir hissəsidir. Bu cinayətlər rejim rəhbərinin rəsmi vəzifələrindən sayıla bilməz. Suriya Əsədi bu cinayətlərə görə mühakimə etməyəcək və rejim liderinin şəxsi toxunulmazlığından imtina etməyəcək", deyə Bəşər Əsəd üçün Fransada verilən həbs qərarının etibarlı olduğu ifadə edilib.

Bəyanatda işin istintaq hakimlərinə qaytarılacağı və zərurət yaranarsa, prokurorluğun Ali Məhkəməyə müraciət etmək üçün 5 gün müddətinin olduğu da bildirilib.

Qeyd edək ki, 2023-cü ilin noyabrında məhkəmə Əsədi 2013-cü ildə Şərqi Qutada kimyəvi hücumlarda insanlığa qarşı cinayətlərdə və hərbi cinayətlərdə iştirakda ittiham edib və Əsədin həbsinə order verib.

Haqqında həbs qərarı çıxarılanlar arasında Əsəd, onun qardaşı, Suriya ordusunun 4-cü diviziya komandiri Mahir Əsəd və rejim generalı da var.

Paris məhkəməsi 2013-cü ildə 2021-ci ildə kimyəvi hücumlarla bağlı istintaqa başlayıb.

Günel Məlikzadə