Ukraynada qılıncla sərhədçilərə hücum edildi
    • 30-06-2024, 18:04
    • 188

Ukraynada qılıncla sərhədçilərə hücum edildi


Ukraynanın Çernovtsı vilayətində iki naməlum şəxs sərhədçilərə hücum edib.

News24.az "Unikal"a istinadla xəbər verir ki, hücum edənlərin əlində qılınc və dəhrə olub.

Sərhədçilər “Makarov” markalı xidməti tapançadan istifadə edərək hücum edənlərdən birini öldürüb, digərini isə yaralayıb.