4 balıqçı faciəvi şəkildə ÖLDÜ
    • 1-07-2024, 12:45
    • 254

4 balıqçı faciəvi şəkildə ÖLDÜ

Cənubi Asiya ölkəsi olan  Şri-Lankada bir qrup balıqçı suda tapdıqları şüşədəki mayeni içib.

News24.az cumhuriyet.com-a istinadla xəbər verir ki, mayenin nə olduğu hələ məlum olmasa da, balıqçılardan 4-ü həyatını itirib. İki balıqçının isə vəziyyətinin ağır olduğu bildirilib.

Şri-Lanka Hərbi Dəniz Qüvvələri balıqçıların şüşə qabdakı mayenin spirt olduğunu düşünərək içdiyini bildirib.  

Balıqçıların şüşələrin bir hissəsini bölgədəki digər həmkarlarına da verdiyi məlum olub.

Məryəm