244 kq narkotik maddə ələ keçirildi
    • 2-07-2024, 21:00
    • 131

244 kq narkotik maddə ələ keçirildi

Türkiyə Ticarət Nazirliyi Gömrük Mühafizə qrupları Kapıkule Gömrük Qapısında həyata keçirdikləri əməliyyatda 244 kiloqram marixuana ələ keçirib.

News24.az xəbər verir ki, Türkiyəyə gömrük qapısından keçmək istəyən 2 TIR riskli olaraq qiymətləndirilib.

Rentgen müayinəsi zamanı şübhəli hissələrin aşkar edildiyi yük maşınlarında axtarış aparmaq üçün narkotik itlərdən də istifadə edilib.

Nəqliyyat vasitələrinin müxtəlif hissələrində və qanuni yükün içinə gizlədilən 244 kiloqrama yaxın marixuana tipli narkotik vasitə aşkar edilərək götürülüb.

Günel Məlikzadə