Putin: “Mütləq Türkiyəyə gələcəm”
    • 3-07-2024, 16:51
    • 136

Putin: “Mütləq Türkiyəyə gələcəm”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin dialoq tərəfdaşı olduğu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət və Hökumət Başçılarının Zirvə toplantısında iştirak etmək üçün Astanaya gedib.

News24.az xəbər verir ki, Ərdoğan burada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Liderlər ikitərəfli görüşdən əvvəl mətbuat mənsublarına açıqlama veriblər.

Birinci söz alan Putin Ərdoğanla daim ünsiyyətdə olduqlarını bildirib və qlobal vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Putin, "Türkiyə ilə strateji layihələrimizi planlı şəkildə həyata keçiririk. Keçən il Türkiyəyə 6,7 milyon rusiyalı turist gəlib, turizmdə rekord qırdıq" dedi.

Rusiya lideri Ərdoğana da “Turistlərə yaratdığınız şəraitə görə təşəkkür edirəm” deyib.

Ərdoğan çıxışında Akkuyu Elektrik Stansiyasını ən qısa zamanda istifadəyə vermək istədiklərini bildirib.

"Sinopla bağlı da danışıqlar var" deyən Ərdoğan, "Ciddi addımlar ata biləcəyimizə inanırıq. Botaş ilə Qazprom arasındakı əlaqələr səmimi şəkildə inkişaf edir" dedi.

Ərdoğan əlavə edib: "55 milyardlıq hədəf bizim üçün çox önəmli deyil, hədəfimiz 100 milyard dollara çatmaqdır. Buna nail olacağımıza inanıram".

Rusiyalı turistlərin Türkiyəyə səfəri ilə bağlı prezident deyib: "7 milyon turistin ölkəmizə gəlməsi bizim üçün çox vacib idi. Rusiyalı turistləri Türkiyədə qəbul etmək vacibdir. Yetər ki, Türkiyədən razı olsunlar".

Ərdoğan çıxışının sonunda Putini ən qısa zamanda Türkiyədə qonaq etmək istədiyini bildirib.

Qeyd edək ki, Rusiya lideri Putin də Edoğanın dəvətinə qatılacağını bildirib və “Mütləq Türkiyəyə gələcəm” deyib.

Günel Məlikzadə