Kolumbiyada partlayıcı işə düşdü: Əsgərlər həlak oldu
    • 5-07-2024, 09:46
    • 129

Kolumbiyada partlayıcı işə düşdü: Əsgərlər həlak oldu

Cənubi Amerika ölkəsi Kolumbiyada uzaqdan idarə olunan partlayıcının işə salınması nəticəsində 6 əsgər həyatını itirib, 4 əsgər isə yaralanıb.

News24.az xəbər verir ki, Antioquia inzibati bölgəsindəki Koposa kəndinin kənd ərazisində əməliyyat keçirən əsgərlərə uzaqdan idarə olunan partlayıcı qurğu ilə hücum təşkil edilib.

Partlayışda 6 əsgər həyatını itirib, 4 əsgər isə yaralanıb.

Qeyd edək ki, yaralı əsgərlər helikopterlə xəstəxanaya aparılıb. Bölgədə genişmiqyaslı əməliyyatlar davam edir.

Kolumbiya Prezidenti Qustavo Petro X hesabında etdiyi paylaşımda əsgərlərin ölümündən dərin kədərləndiyini bildirib və ailələrinə başsağlığı verib.

Bir müddətdir ki, ordunun silahlı təşkilatlara qarşı əməliyyatlar apardığı mətbuatda yer alıb.

Günel Məlikzadə